Blinken: Bayramov- Mirzoyan görüşü “müsbət addımdır”
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə keçirilən son görüşünü müsbət addım kimi qiymətləndirir, dövlət katibi Entoni Blinken deyib.
Ceyhun Bayramov və Ararat Mirzoyan “bu gün Tbilisidə görüşərək müsbət addım atıblar”, – Blinken şənbə günü Tvitter hesabında yazıb.
“Birbaşa dialoq Azərbaycan-Ermənistan fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – o əlavə edib.
Xatırladaq ki, bu iki ölkənin xarici işlər nazirlərinin 2021-ci ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşündə sonra ilk ikitərəfli görüşdü.