Siyasi fəal prokurorluqda ona xəbərdarlıq edildiyni bildirib
İyulun 28-də siyasi fəal Ruslan İzzətli Baş Prokurorluğa çağırılaraq hərbiçilərin problemləri ilə bağlı yazdığına görə xəbərdarlıq edilib.
Ruslan İzzətli Turan-a bildirib ki, Baş Prokurorluğa çağırılmasının əsas səbəbi kimi iyunun 26-da facebook səhifəsində hərbiçilər və müharibə iştirakçılarının problemləri haqda yazdığı status göstərilib. Ona şifahi xəbərdarlıq edilib.
İzzətlinin fikrinncə, Baş Brokurorluğun xəbərdarlığı ifadə azadlığını pozur.
“Baş Prokurorluq bu xəbərdarlıqlarla sanki ölkədə senzuranı bərpa edir. Bu, birbaşa siysi təzyiqdir”, deyə o bildirib.
Baş Prokurorluq Ruslan İzzətliyə xəbərdarlıq edilməsi barədə məlumat yaymayıb.
Baş Prokurorluq iyulun 27-də də sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən bir sıra şəxslərə xəbərdarlıq edib.
Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov isə ordu ilə bağlı yazılarına görə inzibati qaydada bir ay müddətinə həbs olunub.
Ruslan İzzətli 2013-2021-ci illərdə “D18” Hərəkatına rəhbərlik edib.
2021-ci ildə təşkilatın konfransında o, üçüncü dəfə sədrliyə namizəd olmayıb. Hazırda özünü müstəqil siyasətçi kimi təqdim edir.