Füzuli rayonunda üç nəfər minaya düşdü
Avqustun 2-də səhər Füzuli rayonunda üç nəfər minaya düşərək müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə səhər saat 10:00-a yaxın Qaraxanbəyli kəndinin minalardan təmizlənməsi zamanı baş verib. Piyada əleyhinə minanın partlaması nəticəsində sapyorlar Yadigar Şükürov (1990-cı ildə anadan olub), Rövşən Əlizadə (1991-ci il) və Qılman Hüseynov (1976-cı il) xəsarət alıblar.
Şükürov və Əlizadə müxtəlif dərəcəli xəsarətlər alıblar, Hüseynovun isə ayağı amputasiya edilib. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, iyulun 25-də prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbəti zamanı bildirib ki, 2020-ci il müharibəsindən sonra 240 nəfər Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub və ya xəsarəti alıb.