Müttəfiqləri Rusiyadan uzaqlaşmağa çalışır
Dadaş Əhmədli, politoloq
Rusiya prezidenti Vladimir Putin daxili siyasətdən daha çox xarici siyasətə həvəslidir. Amma dünən xarici siyasətdə baş verən hadisələr və xəbərlər Putinə daha çox kədər və başağrısı verib.
Bazar ertəsi səhər Putin Xarici Kəşfiyyat Xidmətindən xəbər alıb və orada Lukaşenkonun bu yaxınlarda Çin lideri Si Cinpinlə telefon danışığı apardığı bildirilir. Söhbət zamanı Lukaşenko Putinin daimi təzyiqindən Si Cinpinə şikayət edib, Belarus Respublikasının Rusiya tərəfindən mənimsənilməsi təhlükəsindən danışıb və Çin liderindən mənəvi və maddi dəstək istəyib. Əgər maddi tələblər maliyyə tərəfdən başa düşülərsə, o zaman mənəvi dəstək, Lukaşenkonun fikrincə, Belarus Respublikasının müstəqilliyini dəstəkləməkdə Çinin prinsipial mövqeyindən ibarət olmalıdır. Lukaşenka Belarus Respublikasının Ukrayna ilə mümkün münaqişəyə cəlb edilməsinin qarşısını almaq və bu məqsədlə Belarus Respublikasının ərazisindən istifadənin yolverilməzliyi barədə açıq şəkildə Çin liderindən Putinlə danışmağı xahiş edib.
Putinin bu xəbərdən məyus olduğu bikdirilir. Ancaq çətinliklər bununla bitmir.
Böyük Britaniyanın baş naziri Boris Conson Putinlə planlaşdırılmış telefon danışığından imtina edib. İmtinanın səbəbləri az-çox anlaşılan olsa da, Britaniyanın Rusiya şirkətlərinə və oliqarxlarına qarşı sanksiyalar hazırlamasının ümumi fonu, üstəlik Consonun Putinlə ünsiyyətdən imtina etməsi Rusiya prezidentinə açıq-aşkar etinasızlıq göstərildiyi təəssüratını yaradır.
Hətta, dünən Fransa prezidenti Makronla ünsiyyət də Putin üçün təsəlli olmayıb.
Xarici siyasət arenasında özünü böyük strateq kimi təsəvvür edən Vladimir Putin mövqelərini və özünü ultimatum verməklə vəziyyəti öz xeyrinə sövq etməyə qadir olan güclü lider kimi göstərmək imkanını itirir. Ultimatumla rədd edilən Putin güc nümayiş etdirməyə tələsmir. O, vaxtı uzatdığı bu müddət ərzində hələ də qalan bir neçə müttəfiqi üçüncü ölkələrin liderlərindən onları Putindən qorumağı xahiş edir, Qərb ölkələrinin liderləri isə onu ultimatumlar göndərərək, qətiyyətlə onu sanksiyalarla hədələyir və planlaşdırılan danışıqlardan imtina edirlər.
İqtidaryönlü media isə ABŞ və NATO-nun Rusiyanın ultimatumundan imtina barədə yazılı rədd cavabı verməsini Putinin uğursuzluğu kimi deyil, “tükü belə tərpənmayən, soyuqqanlı” lider kimi təqdim etməyə çalışır.