Əlikram Xurşidovdan xəbər var
Bu gün, bazar ertəsi vəkil Nemət Kərimli inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzində Müsavat başqanının müşaviri Əlikram Xurşidovla görüşüb.
“Məhkəmə qərarına görə o, Badamdarda telefonla danışanda söyüş söyürmüş və polisə tabe olmayıb. Amma əslində onu İşərişəhərdə saxlayıblar” – deyə, vəkil bildirib.
Əlikram Xurşudov iyulun 26-da Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbsə məhkum edilib. Əlikram Xurşudov iyulun 20-də “Quru sərhədləri açın!” tələbilə keçirilən aksiyanın iştirakçısı olub. Həmin aksiya zamanı saxlanılsa da o, sonradan sərbəst buraxılıb.
Müsavat Partiyası son günlər fəallarının həbsini bu partiyaya qarşı repressiya tədbirləri kimi qiymətləndirir.
Basta