Əziz Məmiyev azadlıqda

Müsavat Partiyası Gənclər Təşkilatının idarə heyətinin üzvü Əziz Məmiyev 30 sutka inzibati həbsdə saxlandıqdan sonra azad olunub.

Bu haqda Müsavat Partiyasından məlumat verilib.

Əziz Məmiyev Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması nəticəsində vətəndaşlarımızın üzləşdiyi çətinliklərə etiraz olaraq keçirilən dinc aksiyada həbs edilmişdi.

O, polis bölməsinə aparılarkən və sonra fiziki təsirə məruz qalıb, ona işgəncə verilib.

Müsavat Partiyası Əziz Məmiyevin həbsinin qanunsuz olduğunu bəyan edib.

Basta