Müsavatçı gənc işdən çıxarıldı

“Məni yenə işdən çıxartdılar”.

Bunu Müsavat Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Əziz Məmiyev özünün feysbuk səhifəsində yazıb.

“Səhər iş yoldaşım zəng etmişdi ki, Əziz, mərkəzi ofisdən gəlmişdilər. Qapıda mühafizəyə fotolarını verdilər ki, bu adamı qətiyyən içəri buraxmayın. Bununla artıq üçüncü dəfədir ki, işdən çıxarılıram. Əməkhaqqımın bir hissəsini hələ də ala bilməmişəm. Dedilər ki, sənin əməkhaqqını da siyahıdan çıxarıblar. Hakimiyyət həyatımızla belə oynayır. Maddi sıxıntılar içərisində yaşatmaq üçün bütün gücünü səfərbər edib. Rəsmən rəzalətdir” – deyə, Əziz Məmiyev qeyd edib.

Xatırladaq ki, Əziz Məmiyev quru sərhədlərin açılması tələbilə Bakıda keçirilən aksiyada iştirak etdiyinə görə 30 sutka inzibati  həbsə məruz qalıb. Müsavat Partiyası bu həbsi Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirib.

 

Basta