Toplumların fərqi
Subyektiv
İqtisadiyyatı Türkiyənin iqtisadiyyatından ən azı beş dəfə böyük olan, buna görə də Türkiyədən dəfələrlə çox elektrik enerjisi sərf edən Almaniya fəaliyyətdə olan son üç Atom Elektrik Stansiyasını da dayandırdı. Almaniya hökumətinin qərarı ilə aprelin 16-na keçən gecə Bavariyadakı Isar 2, Baden-Vürtemberqdəki Neckarwestheim 2 və Aşağı Saksoniyadakı Emsland Atom Elektrik Stansiyaları şəbəkədən ayrılıb.
Atom Elektrik Stansiyalarının bağlanması koalision hökumətin ortaqlarından olan “Alyans 90/Yaşıllar” Partiyasının əsas tələbi idi. Almaniyada “Alyans 90/Yaşıllar” Partiyası Yaponiyada “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra yüksəlməyə başladı. Almaniyanın Bavariya və Baden-Vürtemberq kimi dindar əyalətlərində də seçicilər Xristian Demokratların əvəzinə “Alyans 90/Yaşıllar”ı seçməyə başlaması “yaşıllar”ın hakimiyyətə gəlişini təmin etdi. Onlar da əsas seçki vədləri olan AES-lərin bağlanmasına nail oldular. Həm də bu prosesi Almaniyanın Rusiyadan neft və qaz idxalatını dayandırdığı bir şəraitdə həyata keçirdilər. “Alyans 90/Yaşıllar”ı təmsil edən xarici işlər naziri xanım Annalena Berbokun qətiyyətli mövqeyi sayəsində Almaniya eyni zamanda həm Rusiya qazıdan olan 85 fazilik asılılığından qurtuldu, həm də AES-lərin fəaliyyətin dayandırdı. Bütün bunlar “Alyans 90/Yaşıllar”ın tarixi nailiyyəti hesab olunur.
Almaniyada güclü zəlzələlər çox nadir hallarda baş verir. Buna baxmayaraq almanlar hesab ki, hətta zəif zəlzələr də həyacan təbili çalmaq üçün yetərlidir.
Dünyanın dördüncü böyük iqtisadiyyatına malik olan Almaniya son yüz ildə 7 baldan yuxarı zəlzələnin baş verməməsinə baxmayaraq ehtiyyatlı tərpənərək AES-lərı bağlayaraq bərpa olunan və yaşıl enerjiyə keçir.
Son yüz ildə 7 baldan yuxarı 20-dən artıq dəhşətli zəlzələnin olduğu Türkiyədə isə Rusiya texnlogiyası ilə AES inşa edirlər. Bu inşaatın dayandırılması üçün dayanmadan etiraz etməli olan toplumun yarısı geri qalmış rus texnoligiyası ilə “Akkuyu” AES-in tikintisini iqtidarın uğuru kimi dəyərləndirərək, “Türkiyə nüvə dövləti oldu” nağılına inanır.
Dini həssaslığı ağıllarından üstün olan bütün cəmiyyətlərdə belə olur. Toplumların əsas fərqi də bundan ibarətdir. Bu fərq dəyişmədikçə alman istehsalı avtomobillərə sahib olmaq müsəlmanların həyat amalı olaraq qalacaq.
Xəqani Cəfərli