Azərbaycanda koronavirusa yoluxanların sayı yarıbayarı azalıb

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1850   yeni hal aşkarlanıb. 4226  nəfər sağalıb, 38  nəfər vəfat edib. Bu barədə cümə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

 

Ümumilikdə yoluxanların sayı 210 061 nəfərə çatıb. 155 886 nəfər sağalıb, 2380 nəfər vəfat edib. Hazırda aktiv xəstələrin sayı 51 795  nəfərdir.

 

Qeyd edək ki, ötən həftə gündəlik yoluxanların sayı 4 min nəfərdən çox olurdu.