Masallıda yanğında 3 nəfər ölüb

Sentyabrın 7-nə keçən gecə Masallı rayonunun Hüseynhacılı kəndində ümumi sahəsi 300 kvadrat metr olan ikimərtəbəli evdə yanğın baş verib.

Nəticədə 165 kvadratmetr sahə və 15 kvadratmetr dam örtüyü yanıb, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Hadisə yerinə baxış zamanı yanğınsöndürənlər 3 cəsəd, o cümlədən  2 uşaq cəsədi aşkar ediblər. Daha iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.