Ukraynada itkin düşən azərbaycanlı ailə məhv olub: Yanmış meyitləri tapıldı – VİDEO

Ötən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Donetsk vilayətinə 25 aviazərbə endirilib.

Baku TV-nin məlumatına görə, Donetskdə itkin düşən azərbaycanlılardan dördünün yanmış cəsədi Avdeyevka şəhəri istiqamətində tapılıb. Həlak olanlar Rasim Məmmədov, həyat yoldaşı Ruslana Məmmədova və onların iki yeniyetmə övladlarıdır.

Məlumatda həmçinin bildirilib ki, Xarkov vilayətində daha bir azərbaycanlı − könüllülük fəaliyyəti ilə məşğul olan Aqil Qəmbərov itkin düşüb.

Baku TV-nin süjetini təqdim edirik: