Ukraynada Rusiyanın 10 mindən çox hərbçisi əsir düşə bilər
Ukrayna Silahlı Qüvvələri yazdan bəri ilk dəfə Xarkov bölgəsinin cənubundakı nisbətən böyük bir şəhəri – Balakleyanı azad edib. Lakin həmin şəhərin itkisi bu üç gün ərzində Rusiya ordusunun üzləşdiyi problemlərdən yalnız biridir.
Rusiyanın “Meduza” dərgisinin verdiyi məlumata gorə, Ukrayna ordusunun sürətlə irəliləməsi Rusiya Silahlı Qüvvələrinin 10 mindən çox əsgərinin mühasirəyə düşməsi təhlükəsini yaradıb.