Dağıstanda səfərbərliyə qarşı sərt etirazlar – Video

Dağıstanda və Rusiyanın digər bölgələrində qadınlar səfərbərliyə etiraz etmək üçün küçələrə çıxıblar. “Meduza” xəbər verir ki, ölkədə çoxdandır belə şiddətli etirazlar olmayıb.
Dağıstan sakinləri səfərbərliyə qarşı bir neçə etiraz aksiyası keçirib, ən böyüyü Mahaçqalada olub. Əsasən qadınlardan ibarət olan etirazçılar şəhərin mərkəzində, Kukla Teatrının yaxınlığında toplaşıblar.
Yayılan videolarına əsasən Mahaçqalada keçirilən etiraz aksiyalarında ümumilikdə bir neçə yüz nəfər iştirak edib. Aksiya iştirakçıları “Müharibəyə yox!”, “Səfərbərliyə yox!” və “Uşaqlarımız gübrə deyil!” şüarları səsləndiriblər.
.
Basta