Gürcüstan Rusiya ilə sərhədi bağlayacaq

Səfərbərlikdən qaçan 400 mindən artıq Rusiya vətəndaşı Gürcüstana köç edib

Rusiya prezidenti Vladimir Putinin səfərbərlik haqqında fərmanından sonra bu ölkədən kütləvi axın başlayıb. Bir neçə gündə 400 minə yaxın Rusiya vətəndaşı Lars sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisin keçib. 

Bu haqda Gürcüstan parlamentinin üzvü Nona Mamulaşvili “Freedom” telekanalında “İnter” proqramının efirində  deyib. Onun sözlərinə görə, Gürcüstanda rusların bu qədər çox olması ölkənin milli təhlükəsizliyinə birbaşa təhdiddir. Bildirilir ki, rusların axını Gürcüstanda daşınmaz əmlakın və kirayə haqlarının iki dəfədən çox bahalaşmasına səbəb olub. Bundan başqa Tbilisidə tıxacların çoxalması və kriminogen durumun pisləşməsi müşahidə olunur. 

Deputat qeyd edib ki, Gürcüstan hökuməti bu problemin daha da böyüməsinin qarşısını almaq üçün sentyabrın 26-da Rusiya sərhədini bu ölkənin vətəndaşı olan 18-55 yaş arasında olan kişilər üçün bağlayacaq. 

Basta