Müsavat Divanının gündəliyi

Oktyabrın 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib. Azərbaycanın Müstəqilliyinin Bərpasının ildönümü ilə bağlı keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Divan üzvü Səxavət Soltanlı 16-19 oktyabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə 7 müxtəlif dövlətdən olan gənc siyasətçilərin iştirakı ilə keçirilən beynəlxalq tədbir haqda məlumat verib. Qeyd edilib ki, həmin tədbirdə Müsavat Gənclər Təşkilatını Cavidan Cəfərli təmsil edib. O, “Avropa İttifaqının Cənubi Qafqazda rolu” mövzusunda məruzə ilə çıxış edib.

İclasda Müsavatın növbəti qurultayına hazırlıq üzrə təşkilat komitəsinin ötən həftə keçirilən iclası haqda məlumat verilib.

Qarabağda son durum, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi təhlil edilib.

Ukrayna və Yaxın Şərqdə gedən müharibələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə edilib.