Liman şəhərində mühasirəyə düşən Rusiya hərbçilərinin sayı 5 minə yaxındır
Oktyabrın 1-i səhər saatlarına olan məlumata görə, Donetsk vilayətinin Liman şəhərində 5 minə yaxın rus əsgəri mühasirəyə alınıb.
Bu haqda Luqansk hərbi administrasiyasının rəhbəri Serhiy Qayday açıqlama verib.
“İşğalçılar öz rəhbərliyindən Limandan çıxmaq üçün icazə istəyiblər, lakin yox cavabı alıblar. İndi onların üç yolu var: ya mühasirəni yarmağa çalışmaq, ya təslim olmaq, ya qalıb birlikdə ölmək. Onların sayı 5 minə yaxındır”-deyə, Qayday bildirib.
Basta