“Traxtur” Tehran komandasını məğlub etdi

İranda futbol üzrə Premyer Liqanın yeddinci turunun oyunları üç həftəlik fasilədən sonra davam etdirilib.

Sentyabrın 2-i axşam həftənin ən vacib oyunlarından birində “Persepolis” “Traxtur”la Tehranın “Azadi” stadionunda qarşılaşıb.

Qarşılaşmada Traxtur komandası 1 qolla Tehran komandasını məğlub edib.

Bu nəticə ilə “Persepolis” 14 xalla liderliyini qoruyub, “Traxtur” isə 11 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Günaz TV