Ukraynaya uzaqmənzilli ATACAMS raketləri veriləcək

 

CNN-in verdiyi məlumatlardan belə anlaşılır ki, Ukrayna ATACMS tədarükü müqabilində ABŞ-a hədəflərin siyahısını təqdim etməyi təklif edib.

Kiyev ümid edir ki, Vaşinqton Amerika silahlarının köməyi ilə müharibəni genişləndirməyin qeyri-mümkünlüyünə əmin olacaq və ATACMS təchiz etməyə başlayacaq.
Ukraynaya ATACMS lazımdır – bu cür raketlər uzaq logistika xətlərini, hava hücumundan müdafiə sistemlərini, hərbi bazaları və silah-sursat anbarlarını vurmağa imkan verəcək. Xüsusilə, uzaq mənzilli silahlar Rusiyanın aldığı və Ukrayna Silahlı Qüvvələrinin hələlik döyüşdə uyğunlaşmaqda çətinlik çəkdiyi İran kamikadzelərinin buraxılış meydançalarını məhv edə biləcək. Nəşrin mənbəyi iddia edir ki, Bayden administrasiyası ATACMS tədarükünü istisna etmir, lakin hazırda belə bir addım “yüksək riskli” ola bilər. CNN mənbələrə istinadən xəbər verir ki, Ukrayna ATACMS raketlərinin tədarükü halında hədəfləri ABŞ-la koordinasiya etməyi təklif edib. Xatırladım ki, bu raketlərin uçuş məsafəsi 300 kilometrdir.

 

Dadaş Əhmədli