“Kölə idilər, qul oldular.” Alla Puqaçova onu tənqid edənlərə cavab verdi

Dünyaca məşhur müğənni Alla Puqaçova İnstaqramda onu tənqid edənlərə ünvanlanan paylaşım edib:

“Allahım! Xoşbəxtəm ki, mənim üçün həmişə dözülməz olan insanlar indi mənə  nifrət edirlər. Onlar məni bəyənsəydi, bu, o demək olardı ki, mən oxumağım və yaşamağım hədər gedib. Səbəbi aydındır. Qoy dişlərini qıcasınlar. Onlar kölə idilər, indi qul olublar”.

Puqaçovanın sözlərini konkret olaraq kimə ünvanladığı mesajdan aydın deyil. Lakin məlumdur ki, məşhur müğənni Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətinə qarşı çıxdığı üçün prezident Vladimir Putinin tərəfdarlarının sərt tənqidi ilə üzləşib.

Basta