Oktyabrın 12-i günorta saatlarında başlayan aksiyalar xüsusilə gecə saatlarında geniş vüsət alıb.
Oktyabrın 13-ü səhər saatlarına kimi davam edən nümayişlər zamanı bir neçə şəhərdə, özəlliklə Kirmanşahda hökumət qüvvələri ilə etirazçılar arasında şiddətli qarşıdurma baş verib.
İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda hökumət qüvvələrinin Kirmanşahın “Dərədij” bölgəsini mühasirəyə aldığını yazıb və şəhərdə insan faciəsinin yaşanacağı barədə xəbərdarlıq edib.Təşkilat çox sayda insanın güllələndiyini, ölü və yaralı sayı barədə hələlik dəqiq məlumat əldə etmənin mümkün olmadığını bildirib.Bununla yanaşı Tehranın Təcriş bölgəsində də, qarşıdurmaların baş verdiyi, SEPAH və xüsusi təyinatlı qüvvələrin xəsttəxanaların qarşısına toplaşıb, bəzən içəri girib və ora gətirilən yaralıların statistikasını tutduqları qeyd edilib.
***
İran İnsan Haqları Təşkilatı oktyabrın 13-də yaydığı məlumatda son 25 gündə baş verən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən və kimliyi təsdiq olunan ölü sayının 201 nəfər olduğunu açıqlayıb.
Təşkilatın başçısı Mahmud Əmiri Müqəddəm məsələ ilə bağlı verdiyi açıqlamada etiraz aksiyaları keçirməyin vətəndaşların hüququ olduğunu deyib və hökumətin repressiyalarını pisləyib.
O, xüsusilə Sistan-Bəliçistan əyalətində ölü sayının daha çox olduğunu deyib və hökumətin yeni repressiyaları barədə xəbərdarlıq edib.
İnsan haqları təşkilatının açıqladığı hesabatda İranın 17 əyalətində onlarla insan öldürülsə də, ən çox insan itkisi Sistan-Bəluçistan, Mazəndəran, Gilan, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərindı qeydə alınıb.
***
Azərbaycanlı vəkil Sina Yusifi son günlər baş verən və davam etməkdə olan etiraz aksiyaları zamanı Təbrizdə 1700 nəfərin həbs edildiyini bildirib.
“Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası son aksiyalarda saxlanılan şəxslərə hüquqi dəstək göstərmək üçün “Müdafiə Komitəsi” yaradıb”,- deyə, Yusifi qeyd edib.
Qeyd edək ki, Təbrizlə yanaşı Urmu, ərdəbil, Zəncan, Marağa və başqa Azərbaycan şəhərlərində də yüzlərlə insan həbs edilib.Onların çoxunluğunun kimliyi və harada saxlanıldığı, nədə ittiham olunduqları barədə hələlik dəqiq məlumat əldə etmək mümkün olmayıb.
Gunaz.tv