Rusiyanın hərbi poliqonunda atışma: azı 11 ölü, 15 yaralı

Şənbə günü Rusiyanın hərbi hissələrindən birində atışma baş verib.  Rusiya Müdafiə Nazirliyinin məlumatına görə,  Qərb Hərbi Dairəsinin Belqorod vilayətində yerləşən poliqonunda “MDB ölkələrindən birinin” vətəndaşları Ukraynada müharibəyə hazırlaşan “könüllülər”ə atəş açıb, nəticədə 11 nəfər həlak olub,  15-i yaralanaraq xəstəxanaya yerləşdirilib.

Daha əvvəl SOTA teleqram kanalı həmin atışma nəticəsində 22 nəfərin öldüyü və 16 nəfərin yaralandığını bildirib. Məlumata görə, 3 əsgər digərlərinə atəş açıb, onlardan ikisi yerindəcə öldürülüb, biri isə qaçıb.

Bildirilir ki, Rusiyanın Bryansk vilayətindən olan 100-dən çox hərbçi bundan əvvəl Donetsk vilayətinin Liman bölgəsinə göndərilməkdən  imtina etdikdən sonra bu poliqonda yerləşdiriliblər.  SOTA yazır ki, hərbi rəhbərlik bir həftədən çox onları  cəbhə bölgəsinə getməyə razı salmağa çalışırmış.

Basta