İran Rusiyaya raketlər ötürür

İran Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini artırır. Bu haqda “Vaşinqton Post” qəzeti etibarlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, İran “Şahed” PUA-larının ardinca, indi də Rusiyaya ballistik raketlər verməyə başlayıb.

Tehranın bu qərarı İsraildə qəzəb doğurub. İsrailin diasporla iş üzrə naziri Naçman Şai ölkəsini Ukraynaya hərbi yardım göstərməyə çağırıb.

Modern.azxəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində bildirib.

“Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına şübhə yoxdur”, – o yazıb.

Basta