Müsavat başqanı Brüsseldən yazdı
Müsavat başqanı Arif Hacılı Brüsselə səfəri çərçivəsində ALDE liderlərinin görüşündə iştirak edib. Bu haqda o, özünün feysbuk səhifəsində yazıb.
Toplantıda Belçika, Hollandiya, Lüksemburq baş nazirləri, Avropa ölkələrində hakimiyyətdə və müxalifətdə olan partiyaların liderləri, Avropa Parlamentinin üzvləri iştirak edib.
“Rusiyanın Ukraynaya təcavüzü, İranın Rusiyaya verdiyi dəstəyin müharibənin gedişinə təsiri, indiki dövrdə və perspektivdə ALDE üzvü olan siyasi partiyaların əsas fəaliyyət istiqamətləri müzakirə olundu. Çoxtərəfli və ikitərəfli görüşlərdə postsovet məkanı ölkələrinin qarşılıqlı münasibətləri və əməkdaşlıq məsələləri, bu ölkələrdə demokratiya və insan haqlarına aid problemlər, həmçının Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqının daha sıx əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirələr apardıq. Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq münasibətlərinin formalaşması sahəsində mövqeyimizi iştirakçıların diqqətinə çatdırdıq” – deyə, Müsavat başqanı qeyd edib.
Basta