Azərbaycan şahmatçısı gənclər arasında dünya çempionatının qalibi oldu
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyanın Sardiniya şəhərində keçirilən gənclər arasında dünya çempionatının (U-20) vaxtından əvvəl qalibi olub.
Axırdan əvvəlinci, onuncu mərhələdə o, Sloveniyalı Zala Urla oyunu heç-heçə bitirib və 8,5 bal alıb. Birincilik uğrunda son partiyasının nəticəsindən asılı olmayaraq, Beydullayeva liderliyi qoruyub saxlayacaq, belə ki, əsas rəqibi – Qazaxıstanlı Assel Serikbay ilə şəxsi partiyada üstünlüyə malikdir.
Azərbaycanın digər təmsilçisi Ləman Hacıyeva 7 balla 9-cu yerdədir və sonuncu mərhələdə qalib gələrsə, digər partiyalardakı nəticələrdən asılı olaraq üçüncü yeri tutmaq şansını qoruyub saxlayacaq.
Oğlanlar arasında Azərbaycanın nümayəndəsi Abdulla Qədimbəyli 7,5 balla ikinci yerdədir. Onu liderdən 0,5 bal ayırırı.
Məhəmməd Muradlı 7 balla 11-ci yerdədir.