Rusiya Berislav şəhərini də tərk edir

Xerson vilayətindəki Berislav şəhərinin işğalçı hakimiyyət orqanları fəaliyyətini dayandırıb, koloborantlar şəhəri tərk etməyə başlayıb. 

Bu haqda “Ukrainska pravda” Ukrayna ordusunun Baş Qərargahına istinadən məlumat yayıb. 

Məlumata görə, oktyabrın 19-dan etibarən Berislavda işğalçı hakimiyyətin bütün orqanları  fəaliyyətini dayandırıb. Bildirilir ki, rus işğalçıları ilə əməkdaşlıq edən yerli məmurlar ailələri və əmlakları ilə birlikdə şəhəri tərk etməyə başlayıblar. 

Basta