Müsavata üzv olmaq üçün 17 nəfər müraciət edib – Divanın gündəliyi
Oktyabrın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavatın Şamaxı, Siyəzən, Kürdəmir və Astara rayon təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqları barədə məlumat dinlənilib. Digər təşkilatlarda iclasların təşkili ilə bağlı tapşırıqlar verilib. Kürdəmir rayonunda 17 nəfərin partiya üzvlüyünə qəbul olunmaq üçün ərizə ilə müraciət etdiyi bildirilib.
Müsavat başqanı Arif Hacılı Brüsselə səfəri çərçivəsində iştirak etdiyi beynəlxalq tədbir və keçirdiyi görüşlər barədə Divan üzvlərinə məlumat verib.
Bildirib ki, ALDE liderlərinin toplantısında Belçika, Hollandiya və Lüksemburqun baş nazirləri, Avropa ölkələrində hakimiyyətdə və müxalifətdə olan partiyaların liderləri, Avropa Parlamentinin üzvləri iştirak edib. Rusiyanın Ukraynaya təcavüzü, İranın Rusiyaya verdiyi dəstəyin müharibənin gedişinə təsiri, indiki dövrdə və perspektivdə ALDE üzvü olan siyasi partiyaların əsas fəaliyyət istiqamətləri müzakirə olunub. Arif Hacılı Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq münasibətlərinin formalaşması sahəsində Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İranda rejim əleyhinə etiraz aksiyaları, Güney Azərbaycanda fəaliyyət göstərən təşkilatların fədakar mübarizəsi barədə fikir mübadiləsi aparılıb.
İtalyada gənclər arasında keçirilən dünya çempionatında Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəylinin qələbəsi yüksək qiymətləndirilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta