Müsavat başqanı: “İlham Əliyevin əsəbləşməsinin səbəbi xalqın Rəsulzadəyə sevgisidir”

“Rəsmən Azərbaycan ərazisi olan Xankəndi, Ağdərə, Xocalı şəhərlərinin adını çəkməyə cəsarət etməyən İlham Əliyev Göyçayı, Şamaxını, Qubanı işğaldan azad etmiş, Bakını işğaldan azad edib Azərbaycanın paytaxtına çevirməyə nail olmuş, Xankəndidə hərbi parad keçirmiş, Cənubi Qafqazın əksər ərazilərində, 114 min kv. km ərazisi olan azad DÖVLƏT qurmuş Rəsulzadəni və onun silahdaşlarını ittiham edir”.

Bunu Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı növbəti İttihamlarına cavab olaraq özünün feysbuk hesabında yazıb.

“Bu onun tarixi bilməməsindən irəli gəlmir.

İlham Əliyevi əsəbləşdirib hətta bayram günlərində özündən çıxaran, total əkstəbliğat kampaniyalarına baxmayaraq xalqın Rəsulzadəyə, Cümhuriyyət qurucularına və onların bugünkü davamçılarına olan misilsiz sevgisidir” – deyə, Arif Hacılı vurğulayıb.

 

Basta