Seulda bayram faciəyə döndü: yaranan basabasda yüzlərlə insan öldü və yaralandı – Video
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı zamanı yaranan basabas nəticəsində ən azı 151 nəfər ölüb, 100-dən çox yaralanıb, 270 nəfər itkin düşmüş sayılır.
Bu haqda Bloomberg məlumat yayıb.
Koreya Milli Yanğınsöndürmə Agentliyinin sözçüsü Çoi Çonq deyib ki, Seulun əsas şənlik yerinə gedən kütlə Hamilton otelinin yaxınlığındakı dar bir küçədə yaranan basabas nəticəsində faciə ilə üzləşib.
NYT-nin məlumatına gorə, şənlik vaxtı ulduz müğənnilərdən birinin Hamilton otelinin yaxınlığındakı əyləncə obyektlərindən birində olduğu haqda şaiyə yayılıb. Həmin ünlü sənətçini görmək istəyən gənclər ora axın edib, ehtimal olunur ki, dar küçədə izdiham bu səbəbdən yaranıb.