Müsavat başqanı Hüqo Qevara ilə görüşüb

Dekabrın 16-da Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.

Partiyadan verilən məlumata görə, ABŞ səfirliyində keçirilən görüşdə Azərbaycanda ictimai-siyasi durum, Qarabağda son baş verən son hadisələr, ölkədə insan haqlarının vəziyyəti, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub.

Görüşdə Müsavat başqanının müavini Səxavət Soltanlı və ABŞ səfirinin müşavir Brett Dvorak iştirak ediblər.

 

Basta