Zelenski Kiyevi tərk etdi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfərə gedib. Bu, onun Ukraynada müharibə başladıqdan sonra ilk xarici səfəridir. Çərşənbə günü Ağ Evdə onun ABŞ prezidenti Co Bayden ilə görüşü planlaşdırılır.
Bu haqda CNN, Zelenskinin Vaşinqtona səfəri planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski ABŞ administrasiyasının digər yüksək rütbəli rəsmiləri ilə də görüşəcək və Konqresdə canlı çıxış edəcək.
Qəzet yazır ki, səfər Bayden administrasiyasının Ukraynaya Patriot raket sistemlərini ehtiva edən yeni yardım paketi göndərmək niyyəti ilə üst-üstə düşür.