Deputat Siyavuş Novruzov və ombudsman Səbinə Əliyeva cərimələnib
Hakim Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərindən biri, Milli Məclisin deputatı Siyavuş Novruzov və xanımı, Ombudsman Səbinə Əliyeva Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə cəzalandırılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cəzalandırılıblar. Onların hər biri 400 manat (240 dollar) cərimə olunub.
Eyni miqdarda cərimələr keçmiş rabitə naziri Əli Abbasov və BSU-nun keçmiş rektoru Abel Məhərrəmova da təyin edilib.
Bundan əvvəl Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyev və onun qudası Rövşən Mustafayev karantin rejimini pozaraq toy şənliyi keçirdiklərinə görə 15 gün həbs edilib.
Qeyd edək ki, Novruzov da partiya xətti ilə də töhmət alıb.