İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verildi
Euronews. İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib. Bu xətt, Türkiyənin metrosunu, onun Avropa hissəsindəki beynəlxalq hava limanı ilə birləşdirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.
Mərasimdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bu layihənin həyata keçirilməsi ilə metronun tikintisində öz gücünü və imkanlarını dünyaya nümayiş etdirib. İstanbul Beynəlxalq Hava Limanı 2019-cu ildə fəaliyyətə başlayıb. Onun tikintisinin tam başa çatdırılması 2025-ci ilə planlaşdırılır. Liman ildə təxminən 150 milyon sərnişinə xidmət göstərə biləcək.
Basta