Müsavat Divanının gündəliyi

Yanvarın 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və keçirilən tədbirlər müzakirə edilib.

Müsavatın Qubadlı rayon təşkilatında keçirilən hesabat-seçki iclası haqda məlumat verilib.

Yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətə gedən minlərlə insanın, o cümlədən Müsavat Partiyası rəhbərliyi və fallarının “dezinfeksiya” bəhanəsi ilə saatlarla gözlədilməsi pislənilib.

Laçın dəhlizində keçirilən aksiya, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı müzakirə edilib.

Rusiyanın Ukraynaya qarşı hücumu, regionda və dünyada gedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta