Moskvada məcburi vaksinasiya etiraz doğurdu – Aksiya
Rusiyada əhalinin COVİD-19 infeksiyasına qarşı peyvənd olunması istiqamətində məcburetmə tədbirləri etiraza səbəb olub.
İyulun 26-da Moskvada təşkil edilən aksiyanın iştirakçıları vurğulayır ki, əhalinin vaksinasiya olunması istiqamətində məcburetmə tədbirləri ölkə konstitusiyası və qanunlarına ziddir.
Qeyd edək ki, Rusiyada vaksiyanisayadan imtina edən vətəndaşlar işdən çıxarılır. Bu tədbirlərə hakimiyyətin rəvac verdiyini rəsmi şəxslər də etiraf edir.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, vaksinasiya könüllü olsa da, bundan imtina edən xidmət sahəsinin əməkdaşları özlərinə başqa sahədə iş axtarmalıdırlar.
Qeyd edək ki, son bir həftə ərzində Rusiyada koronavirusa yoluxanların sayı 127 min nəfərə çatıb. Bu, əvvəlki həftə ilə müqayisədə 27 faiz çoxdur.
Rusiyada iyunun 16-dək 21 499 236 nəfərə (14.65%) peyvəndin bir dozası,
16 650 230 nəfərə isə (11.35%) – hər iki dozası vurulub.