Dünyanın ən dəhşətli zəlzələləri

1. Şimali Çin torpağında 8.5 bal gücündə 1556-ci ildə baş vermiş zəlzələ 830 min nəfər insanın həyatına son qoymuşdu. Nəticəsi – Şensi şəhəri yer üzündən silinib.

2. 1976-cı il, 28 iyulda Çinin Tyanşan şəhərində baş vermiş zəlzələnin gücü 8.3 bal olaraq ölçülür. Qurbanlar – 255 min insan. Tyanşan zəlzələsindən sonra şəhər yer üzündən silinib.

3. Suriya, Aleppo. 1138-ci ildə baş vermiş zəlzələnin gücü hələ də tarixə məlum olmasa da onun qurbanlarının sayı 230 min nəfər olaraq hesablanır. Maraqlısı budur ki, bir ildən sonra , yəni 1139-cu ildə Gəncə torpaqlarında eyni sayda qurbanı olan zəlzələ baş vermişdir.

4. 2010-cu il, 12 yanvar tarixində Haitidə baş vermiş vermiş zəlzələ bütün dünyanı silkələdi. 7 bal, qurbanların sayını 222570 nəfərə çatdırmişdı. Haitinin paytaxtında minlərlə yaşayış evi, ölkənin idarəedici, maliyyə və mədəniyyət orqanlarının binaları tamamilə yerlə yeksan olmuşdu

5. Tarixində baş vermiş ən qorxunc zəlzələlərin sayına görə Çin dünyada birincidir. 1920-ci il 16 dekabrda baş vermiş zəlzələ də ən dəhşətli zəlzələlər siyasına daxil edilir. Zəlzələnin gücü 8.6 bal təşkil edirdi. Birbaşa olaraq zəlzələnin qurbanlarının sayı 200 min nəfər olmuşdu. 20 min nəfərdən artıq insan isə küçədə soyuqdan donub ölmüşdü.

TÜRKİYƏ, YANINDAYIQ!

 

Heybət Əmrah 

Basta