Xoyda zəlzələ qurbanlarına yardım edən fəallar həbs edilib
İranın Xuzistan əyalətində Xoy zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası başladan üç ərəb fəal saxlanılıb.
Mahmud Kəbi, Rəzzaq Kənani və Səddam Kəbi adlı şəxslər fevralın 5-də həbs ediliblər.
Qeyd edək ki, adı çəkilən fəallar ərəb ziyalılarının çağırışlarından sonra yardım kampaniyası başlatmışdılar.
Qeyd edək ki, bir neçə gün əvvəl xaricdə mühacirətdə yaşayan ərəb dissident və yazıçı Yusif Əzizi Bənitorəf Xoy zəlzələsi ilə bağlı müraciət yaymışdı.
O, İranda yaşayan ərəblərdən azərbaycanlılarla həmrəyliklərini göstərmək üçün yardım kampaniyaları başlatmalarını və zəlzələ qurbanlarına dəstək olmaqlarını istəmişdi.
Gunaz TV