Türkiyədə zəlzələnin acı tablosu: ölənlərin sayı getdikcə artır
AFAD Zəlzələ və Riskin Azaldılması təşkilatının Baş direktoru Orxan Tatar dünən Kahramanmaraşda saat 04.17 və 13.24-də baş verən 7.7 və 7.6 bal gücündə iki böyük zəlzələ ilə bağlı son məlumatı paylaşıb.
“Zəlzələnin təsir sahəsi 110 min kvadrat kilometrdir, İndiyə qədər 285 təkan qeydə alınıb. Həyatını itirənlərin sayı 3 min 381, yaralıların sayı isə 20 min 426-dır. Təsdiqlənmiş dağılmış binaların sayı 5775-dir”, – deyə o bildirib.
Mənbə: “Cumhuriyet” qazeti