Avropa Məhkəməsi Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarını elan etdi
Avropa Məhkəməsi fevralın 25-də Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarını elan edib. Bütün işlərdə ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verilib.
Nemət Kərimli Azərbaycana qarşı, Elşad Təhməzov Azərbaycana qarşı, Pərviz Həşimli və digərləri Azərbaycana qarşıişlərində tərəflər dostca anlaşma bağlayıblar.
Analaşmalara əsasən, hökumət N.Kərimliyə 2750, E.Təhməzova 6700 avro təzminat ödəməlidir. Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində Hökumət 4 ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovhər birinə 6 min avro ödəməlidir.
Akif Şiriyev Azərbaycana qarşı işində hökumət ərizəçiyə 1800 avro təzminat ödəməlidir.
Axundov və Məcidova Azərbaycana qarşıişi də baxılacaq işlərin siyahısından çıxarılıb. Bu işdə ərizəçilərin vəkili AİHM-ə ərizəçilərlə kommunikasiya saxlaya bilmədiyini bildirib.
N.Kərimli işi vəkilin nümayəndə olduğu cinayət işi ilə bağlı mediaya verdiyi ifadələr səbəbindən bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılması ilə əlaqəliydi. N.Kərimli vəkillikdən müvəqqəti uzaqlaşdırılmasının onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət hüququna zidd olduğunu iddia edirdi.
E.Təhməzov işində ərizəçi 5 aydan artıq qanunsuz həbsdə saxlanılmışdı. Yerli məhkəmələr buna görə ərizəçiyə təzminat ödənilməsinə qərar vermişdilər. Ərizəçi AİHM qarşısında ona ödənilmiş təzminatın məbləğinin (1500 manat) yetərli olmamasını mübahisələndirmişdi.
Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində hərəkət azadlığı hüququna məhdudiyyətlərin tətbiq edilıməsinin qanunsuzluğu iddia olunurdu.
Axundov və Məcidova Azərbaycana qarşı işində QHT-nin qeydiyyatından imtina edilməsinin qanunsuzluğu mübahisəlndirilmişdi.
Şiriyev Azərbaycana qarşı işində mülkiyyət hüququ mübahisələndirilmişdi.
ahmaz.az