Türkiyəyə gələn xarici xilasedicilər problemlə üzləşir
Artıq neçənci ölkədir ki, Türkiyəyə xilasetməyə gəlib problemlə üzləşir.
İndi Avstriya heyyətinin rəhbəri etiraz edir. Deyir ki, xilasedicilər dağıntılar altında yaralıları çıxaran anda Türkiyədən başqa bir qrup gəlir, onları kənarlaşdırır və kameralar önündə son işi görürlər. Məqsəd “dövlət iş görür”, “hökumət ayaqdadı” mesajını publikaya çatdırmaqdı.
Zəlzələ vergisi altında milyardlarla para al vətəndaşdan, amma bunu onun üçün xərcləmə, gecəqondu kimi binaların tikintisinə göz yum, bilim adamlarının illərdir hayqırtılarını gözardı et, sonda zəlzələ olsun, bu zaman da yardıma gələnlərə mane ol. Öz reklamını düşün, adını təmizə çıxartmaq üçün savaş. Minlərlə insan dağıntı altında kömək gözləyir, bəlkə də bir-iki saat sonra canlarını tapşıracaqlar. Onun üçün çalışmaq, yaralıları azad etmək əvəzinə dış güclərini günahkar say, müxalifəti təhqir et, şipyon kimi göstərməyə çalış. Dünyanın dörd bir yanından gələn yardımları düzgün koordinasiya etməyi bacarmırlar, çoxu yaralılara gedib çatmır.
Beş mərtəbəli bina düzgün inşa edə, qurub-yarada bilmirlər, Turan qurmaqdan danışırlar. Bütün bəlaların kökündə korrupsiya və rüşvətxorluqdu və bu zəlzələdən də sonra davam edir.
Ramin Deko