ABŞ Rusiyanı qoşun və texnikanı Ukrayna sərhədlərindən çıxarmağa çağırdı
ABŞ Rusiyadan təcili olaraq qoşun və texnikanı Ukrayna sərhədlərindən çıxarmağa çağırıb. Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ-ın Dövlət Katibi Entoni Blinken ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə yazılı cavabını izləmək məqsədilə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ilə telefon danışığı keçirib. Dövlət Katibi Blinken ABŞ-ın ikitərəfli qaydada, habelə müttəfiqlər və tərəfdaşlarla birlikdə əlaqələndirilmış şəkildə çalışaraq qarşılıqlı təhlükəsizlik məsələri ilə bağlı Rusiya ilə əsaslı mübadiləni davam etdirmək istəyini vurğulayıb. O daha sonra ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bütün ölkələrin öz xarici siyasətini və müttəfiqliklərini müəyyən etmək hüququna sadiqliyini bir daha vurğulayıb.
Dövlət katibi Rusiyanı təcili olaraq gərginliyi azaltmağa və qoşun və texnikanı Ukrayna sərhədlərindən çıxarmağa çağırıb. O, Ukraynaya gələcək işğalın tez və ağır nəticələri ilə üzləşəcəyini vurğulayıb və Rusiyanı diplomatik yol tutmağa çağırıb.
Basta