ABŞ prezidenti Kiyevdədir
ABŞ prezidenti Co Bayden Ukraynanın paytaxtı Kiyevdədir.
Modern.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Prezidentlər Mixaylovsk dini məbədinə baş çəkiblər.
Bayden özünün “Twitter” hesabında səfərlə bağlı paylaşım edib.
“Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi bir daha təsdiqlədim”, – Bayden qeyd edib. O bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib.
ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.
“Reuters”in məlumatına görə, Zelenski Kiyevdə Co Baydenlə uzaqmənzilli silahların tədarükü məsələsini də müzakirə edib.