Müsavat Bəxtiyar Hacıyevi aclığı dayandırmağa çağırır
Fevralın 20-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Qeyd edilib ki, istər Azərbaycanda, istər xaricdə fəaliyyət göstərən müsavatçılar Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə yardım toplanılması işində fəal iştirak edirlər. Müsavat Qadınlar Birliyi rəhbərliyinin Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət etməsi təqdir olunub.
Divan siyasi motivlərlə qanunsuz olaraq həbs edilmiş ictimai fəal Bəxtiyar Hacıyevin səhhətində yaranan ciddi problemləri nəzərə alaraq, onu aclıq aksiyasını dayandırmağa çağırıb.
İclasda Münhen konfransı çərçivəsində Azərbaycanla və Ermənistan arasında aparılan danışıqların perspektivləri və Qarabağdakı son durum müzakirə olunub.
Fevralın 26-da saat 15:00-da Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün Bakıdakı “Ana fəryadı” abidəsinin ziyarət edilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta