Ərdoğan 10 faiz geridədir
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ölkədə hakimiyyət dəyişikliyinin başa verə biləcəyini göstərir.
Həftə sonu açıqlanan sorğular göstərir ki, prezident seçkilərində Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu prezident Tayyib Ərdoğanı 10 faiz qabaqlayır.
Sorğular onu da göstərir ki, Millət İttifaqı parlament seçkilərində AKP-dən 6 faiz öndədir.
Artan inflyasiya və xalqın alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda etibarını itirən prezident Rəcəb Tayib Ərdoğan karyerasının ən çətin seçkisi ilə üzləşir.
Ötən ay baş verən zəlzələdən sonra yaranan problemlər də əhalinin hakimiyyətdən narazılığının artmasına səbəb olub.
“Aksoy” Araşdırma şirkətinin martın 8-də keçirdiyi və şənbə günü dərc etdiyi sorğuda iştirak edən respondentlərin 55,6 faizi Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluya, 44,4 faizi isə Ərdoğana səs verəcəyini açıqlayıb.
Eyni sorğu parlament seçkilərində Millət İttifaqının 44,1%, HDP isə 10,3% səs toplaya biləcəyini ortaya qoyub. Xalq Cumhuriyyətinin təmsilçiləri olan AKP və MHP birlikdə 38,2% səs toplayıb.
“Alf Research”in 6-7 mart tarixlərində keçirdiyi sorğuda Kılıçdaroğlunun 55,1 faiz, Ərdoğanın isə 44,9 faiz səs ala biləcəyi məlum olub.
Alfın sorğusuna görə, CHP-nin səsi 31,8 faiz, AKP-nin səsi 31 faiz, Millət İttifaqının səsi 43,5 faiz, HDP-nin səsi isə 11,3 faizdir. AKP və MHP birlikdə 37,5% səsə malikdir.
Piar Research-in martın 10-da dərc edilən sorğusuna görə, Kılıçdaroğlu 57,1 faizlə Ərdoğandan xeyli qabaqdadır.
Piarın sorğusunda CHP-nin səsi 32,3%, AKP-nin 30,8%, HDP-nin isə 11,6%-dir. Millət İttifaqının ümumi səsləri 46,4 faiz, AKP və MHP isə 37,8 faizdir.
ORC Research tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, Kılıçdaroğlu 56,8%, Ərdoğan isə 43,2% təşkil edir.
Mənbə: Cumhuriyet qəzeti