“Sülhməramlılar” Azərbaycan ordusunu nəzarət etdiyi yüksəklikdən çıxartmağa çalışır – KİV

Azərbaycan silahlı qüvvələri Ermənistandan Xankəndiyə gedən gizli yolun kənarında yerləşən yüksəkliklərdən birinə nəzarəti təmin etdikdən sonra Rusiya sülhməramlıları da bu yüksəkliyə qoşun yeridib. Bu barədə Ermənistan mediası Xankəndidəki separatçı rejimim informasiya qərargahına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ruslar ordumuzun ilkin mövqelərinə qayıtmasını təmin etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparırlar.

***

Sülhməramlılar Azərbaycanın təmas xəttini pozduğunu bəyan edirlər

Rusiya sülhməramlılarının rəhbərliyi martın 25-də Qarabağda təmas xəttinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulduğunu elan edib.

Azərbaycanlılar “Şuşa rayonu ərazisində təmas xəttini keçərək, 2054 m hündürlüyünü tutaraq (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) post qurmaga başlayıblar.

Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.

Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etmək, mühəndis-texniki işlərin dayandırılması və silahlı qüvvələrin əvvəllər tutduqları mövqelərə qayıtmaq tələb edilib”, – məlumatda deyilir.