İlham Əliyev hansı məsələdə Paşinyandan geri qalır?

Hərbçilərimizin böyük fədakarlığı sayəsində şanlı Azərbaycan ordusu döyüş meydanında möhtəşəm qələbələr qazanaraq işğalçı Ermənistanı diz çökdürsə də, insanların rifahı və azadlıqlar məsələsində qonşu ölkələrdən geri qalmaqdayıq.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) mütəmadi olaraq ölkələrin orta aylıq əmək haqqına görə  reytinqlərini hesablayır və dərc edir.

Son bir il üçün də iqtisadiyyatı güclü, sabit və ya inkişaf etməkdə olan 87  ölkədə, o cümlədən Azərbaycanda vəziyyət öyrənilib.

2023-cü ilin məlumatına görə, Azərbaycan 87 ölkə arasında 75-ci yerdədir. Azərbaycanda orta aylıq əmək haqqı 346 ABŞ dollarıdır. Bir pillə öndə olan  Ermənistanda isə orta aylıq əmək haqqı 378 dollardır.

Digər qonşu ölkə Gürcüstan, 458 dollar orta aylıq əmək haqqı göstəricisi ilə siyahıda 69-cu yerdədir.

Mustafa Hacıbəyli

Basta