Tehranda Azərbaycan bayrağı asıldı

Azərbaycan Milli Hərəkatının fəalları “Tək millət, tək bayraq” çağırışının davamı olaraq, Azərbaycan bayrağının Azad İslam Universitetinin Tehranın şimalında yerləşən filialının önündəki yerüstü keçidin üzərinə bağlayaraq dalğalandırıblar.

“Tək millət, tək bayraq, tək vətən və biz Azərbaycanın özüyük”-bayrağın üzərindəki mətndə belə yazılıb.

Qeyd edək ki, son günlər Tehran rejiminin Azərbaycan Respublikasına qarşı təhdid mesajlarından sonra Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar dəstək aksiyaları keçirilib.

Təbriz, Ərdəbil və başqa bir neçə şəhərdə Azərbaycan Respublikasının bayrağı asılıb.

Günaz.TV