İrana qarşı yeni sanksiyalar qoyuldu

ABŞ, Böyük Britaniya və Avropa Birliyi mayın 4-də insan haqlarının pozulmasında mühüm rol oynamış bəzi İran rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq etdiklərini elan ediblər.

Amerika, Britaniya və AB bundan sonra hər ay davamlı olaraq İran hökumətinə qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildiriblər.

Britaniya insan haqlarının pozulduğuna görə İrana qarşı tətbiq etdiyi sanksiyalarının yeni mərhələsində bu ölkənin müxtəlif əyalətlərindəki dörd SEPAH komandirinin adını qara siyahıya salıb.Eyni zamanda, Avropa Birliyi İranın səkkiz rəsmisinə, o cümlədən bir neçə SEPAH komandirinə və etirazların yatırılmasındarol oynayan bir dövlət quruma sanksiya tətbiq edib.

Qeyd edək ki, bundan əvvəl Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirləri aprelin 24-də insan haqlarını pozduğuna görə İrana qarşı yeddinci sanksiya paketini qəbul edəcəkləri barədə xəbərdarlıq etmişdilər.

Günaz.TV