AŞPA ukraynalıların Rusiyaya deportasiyasını soyqırım kimi tanıdı

Aprelin 27-də Avropa Şurası Parlament Assambleyası ukraynalıların Rusiyaya məcburi deportasiyasını pisləyən qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, məcburi deportasiya beynəlxalq hüquqa görə soyqırım əlamətidir. Ona görə də bütün hallar araşdırılmalı və bu işdə iştirak edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir.

Qeyd edək ki, bu sənəddə ilk dəfə olaraq Rusiyanın müasir Ukraynadakı hərəkətlərinə münasibətdə “soyqırım” ifadəsi işlədilir. Qətnamə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Ombudsman Mariya Lvova-Belovanın həbsinə order verilməsi barədə qərarını da alqışlayır.

Mənbə: rbc.ua (oxu.az)