ABŞ səfiri: “Qarabağ ermənilərinin təhlükəsizliyi Azərbaycanın tərkibində təmin edilə bilər”
ABŞ Azərbaycanın tərkib hissəsi kimi Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyünə inanır.
Ermənistan mediasının məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin İctimai Televiziyaya müsahibəsində bildirib.
Bu açıqlama Xankəndidə etirazla qarşılanıb. Yerli hüquq müdafiəçisi Qeqam Stepanyan “çox təəssüf edirəm ki, ABŞ səfiri belə açıqlamalar verir, belə çıxır ki, vəziyyət sırf geosiyasi maraqlara uyğunlaşdırılıb” – deyə, narazılığını ifadə edib.
Stepanyan həmçinin Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yalnız öz tələbatlarını ödəməklə məşğul olduğunu bildirib.
Xankəndidə ərzaq çatışmazlığının olduğunu deyən hüquq müdafiəçisi bildirib ki, ruslar helikopterlərlə ancaq özləri üçün qida məhsulları gətirir: “Vertolyotlar yalnız ruslar üçün işləyir, lakin onların daşıma qabiliyyəti o qədər böyük deyil ki, hamını yeməklə təmin etsin. Burada yanaşma problemi var. Əhalinin dinc həyatını təmin etməyə çağırılan sülhməramlının ancaq öz ehtiyaclarını düşünməsi absurddur. Erməni tərəfi belə addımlar atmır, çünki bu helikopterlər yüz faiz vurulacaq”.
Basta