Qəbələdə zəlzələ oldu

Qəbələdə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3 bala kimi hiss olunub.